CƏMİYYƏT


Adı gizli saxlanılan bir qadın milyonlarla çaları seçə bilir

A+ A

Bakı, 26 iyul, AZƏRTAC

Britaniya alimləri milyonlarla çaları bir-birindən ayıra bilən bir qadın aşkar ediblər. Qadının gözlərində rəngləri fərqləndirə bilən xüsusi kolbacıqlar var. Onun görmə qabiliyyəti əksər adamlardan çeşidliliyi ilə seçilir. Gözündə üç yox, dörd tip kolbacıq olan insanları “tetraxromat”, onların görmə qabiliyyətini isə “tetraxromatik” adlandırırlar.

AZƏRTAC “medportal.ru” saytına istinadla xəbər verir ki, insanlarda tetraxromatik görmə qabiliyyətinin mövcudluğu haqqında hələ XX əsrin ortalarında söhbət gedirdi. O zamanlar holland alimləri rəng korluğunun irsən keçməsi yollarını araşdırmağa başlamışdılar. Con Mollon güman edirdi ki, dörd tip kolbacığın daşıyıcısı qadın ola bilər. Həmin qadın təxminən 25 il sonra tapılıb. Qabriel Cordan tetraxromat qadını yeni test metodikasının köməyi ilə aşkar edib.

Adı və soyadı gizli saxlanılan tetraxromat qadın həkimdir. Onun əsl adı heç yerdə çəkilmir, nəşrlərdə isə “Da29” adlandırılır. Alimlərin fikrincə, bu cür insanların sayı çoxdur, lakin bir çox tetraxromatlar bütün kolbacıqlardan istifadə etmirlər. Buna görə də supergörmə qabiliyyətinə malik deyillər. Bundan başqa, rəng dünyasını trixromatik görmə qabiliyyətli insanlar yaradıblar. Odur ki, hətta öz görmə qabiliyyətindən istifadə edən tetraxtromatlar çox nadir hallarda əlavə rəng və çalarlara rast gəlirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.