İQTİSADİYYAT


Adıgey ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi artaraq 137 min dollara çatıb

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

Adıgey Respublikasının əmtəə dövriyyəsinin ümumi həcmində Azərbaycan Respublikası ilə ticari-iqtisadi münasibətlərin xüsusi çəkisi böyük deyil, lakin bu göstərici tədricən artmaqdadır. 2016-cı ilin birinci yarısında bu rəqəm 0,34 faizə bərabər olub. Adıgey gələcəkdə Azərbaycan ilə ticari-iqtisadi münasibətləri və dostluq əlaqələrini daha da inkişaf etdirməyə hazırdır.

AZƏRTAC Cənub regionunun “Yuqa” portalına istinadla xəbər verir ki, Adıgey Respublikasının rəhbəri Aslan Txakuşinov bu barədə oktyabrın 20-də məlumat verib. Txakuşinovun sözlərinə görə Adıgey Respublikası ilə Azərbaycan Respublikası arasında əmtəə dövriyyəsinin həcmi 2015-ci ildə 93 min dollar təşkil etdiyi halda 2016-cı ilin birinci yarısında bu göstərici artaraq 137 min dollara çatıb.

Adıgeydən Azərbaycana əsasən heyvan və ya bitki mənşəli piylər və yağlar, heyvan və ya bitki mənşəli mumlar, dənli bitkilərdən, un, kraxmal və ya süddən hazırlanan məhsullar, qənnadı məmulatları, oduncaq və ondan hazırlanan məmulatlar, ağac kömürü ixrac edilir.

Adıgey rəhbəri onu da qeyd edib ki, bu respublika investisiya sahəsində əməkdaşlıq üçün açıqdır və iqtisadi baxımdan cəlbedici layihələri hərtərəfli dəstəkləməyə hazırdır. Aslan Txakuşinov vurğulayıb ki, iqtisadi və siyasi sahələrdə bütün əməkdaşlıq layihələri Rusiya qanunvericiliyinə müvafiq qaydada həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.