MƏDƏNİYYƏT


Ədilə Hüseynzadənin 100 illiyinə həsr olunmuş respublika müsabiqəsinin yekun konserti keçirilib

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

Bakı şəhər Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin iş planına uyğun olaraq, görkəmli Azərbaycan bəstəkarı Ədilə Hüseynzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfrans və respublika müsabiqəsinin yekun konserti keçirilib.

Elmi-Metodiki Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bir turdan ibarət olan müsabiqədə ümumilikdə 1000-ə yaxın şagird iştirak edib.

Tədbirin əsas məqsədi Ədilə Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi, onun əsərlərinin təbliğ edilməsi, eləcə də uşaq musiqi, incəsənət məktəblərində fortepiano ansamblı, fortepiano müşayiəti fənlərinin tədrisinin inkişaf etdirilməsi, bu istiqamətdə istedadlı şagirdlərin aşkara çıxarılması, onların dəstəklənməsindən ibarətdir.

Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev qonaqları salamlayaraq qeyd edib ki, bu müsabiqədə 1000-dən çox iştirakçının olması belə tədbirlərə tələbat və marağın artırılması, uşaqların estetik zövqünün formalaşdırılması, mədəniyyətimizin gələcəyini inkişaf və təbliğ etdirilməsi deməkdir.

Müsabiqəyə Respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəblərindən fortepiano ansambl nominasiyası üzrə 240, müşayiət nominasiyası üzrə 251 ifa proqramı təqdim olunub. İfa proqramlarında Azərbaycan bəstəkarlarının, o cümlədən xarici ölkə bəstəkarlarının klassik əsərləri öz əksini tapıb.

Müsabiqə iştirakçılarının çıxışlarını Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Tofiq Bədilxanovun sədrliyi ilə akademiyanın professoru Afaq Rüstəmova və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi Ülviyyə Manafovadan ibarət münsiflər heyəti qiymətləndirib.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən müsabiqədə fərqlənənlərə diplom və fəxri fərmanlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.