Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ədliyyə işçiləri Azərbaycan Prezidentinin ətrafında sıx birləşiblər

Ədliyyə işçiləri Azərbaycan Prezidentinin ətrafında sıx birləşiblər

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi var. Peşə bayramımızı heç vaxt builki qədər sevinclə, təntənə və iftixarla qarşılamamışdıq. Axı, ədliyyə sisteminin yaranmasının 102-ci ildönümü xalqımız, dövlətimiz, eləcə də dünya azərbaycanlıları üçün çox əlamətdar, müstəqilliyimiz tarixində əbədi olacaq bir gününün – Qələbə Gününün xoş təsirindən ayılmadığımız vaxta təsadüf edir. 2020-ci ilin noyabrın 10-u Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Məhz həmin gün möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərindəki şanlı qələbəsini rəsmən elan etdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov Rayon Qeydiyyat Şöbəsinin rəisi, ədliyyə müşaviri, hüquq elmləri üzrə fəlsəfə doktoru Səadət İsmayılova bildirib.

Səadət İsmayılova qeyd edib ki, noyabrın 10-da Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin xalqa verdiyi növbəti müjdə hər kəsin ürəyini dağa döndərdi. Azərbaycan Ordusu öz xilaskar missiyasını uğurla yerinə yetirdi. Söz yox ki, həmin günə qədər işğalçı ölkənin rəhbərliyi üç dəfə ağ bayraq qaldırmış və humanitar atəşkəsə razılığını bildirmişdi. Ancaq, buna baxmayaraq, atəşkəsi yenə də pozmuş, dinc əhalini hədəfə alaraq, cəbhə bölgəsindən xeyli kənarda yerləşən, Dağlıq Qarabağla heç bir əlaqəsi olmayan Azərbaycanın qədim şəhəri olan Gəncəni, eləcə də Mingəçeviri ballistik raketlərdən, müharibə qanunlarına və Cenevrə Konvensiyasına zidd olan kasetli bom-balardan atəşə tutmuşdu. Nəticədə çoxlu sayda mülki əhali qətlə yetirildi və yaralandı. Yaşayış məntəqələri və digər obyektlər dağılıb, yararsız hala düşdü. Qətlə yetirilənlər arasında uşaqların, qadınların və qocaların olması Ermənistan rəhbərliyinin faşizm ideologiyasına sadiqliyindən xəbər verirdi. Çünki tarixdən də bəllidir ki, günahsız insanlara qarşı yalnız faşistlər amansız və qəddar olub. Bu gün Ermənistan həmin yolu özünün dövlət siyasətinə çevirib.

Ermənistanın işğal siyasətindən, “böyük Ermənistan” yaratmaq iddiasından əl çəkməməsinə baxmayaraq, 30 ilə yaxın yurd həsrətinə son qoyuldu. İşğaldan azad olunmuş ərazilərimizdəki dağıntılar erməni vandalizminin sübutudur. BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir qurumun və ATƏT-in Minsk qrupu həmsədrlərinin (bu həmsədrlərin dünyanın ən güclü dövlətlərinin olması hər kəsə bəllidir) 27 il ərzində icra edə bilmədiklərini möhtərəm Prezidentimiz 44 gün ərzində yerinə yetirdi.

Məlum olduğu kimi, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarması ilə əlaqədar 4 qətnamə qəbul edib. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Ermənistan – Azərbaycan, Dağlıq Qa¬rabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürüblər. Ancaq dünyada baş alıb gedən ikili standartlar Ermənistanın işğal siyasətinin qarşısını almaqda ciddi maneə yaratdı.

Bu illər ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altındakı bütün ərazilərindən ermənilərin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə etinasızlıq göstərən mənfur qonşularımızın layiqli cavabı verildi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev həm status-kvonu, həm də təmas xəttini ləğv etdi. Dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində tarixi ədaləti bərpa etdi. İşğal etdikləri torpaqlarımızda “keçilməz sədlər” quran və bu əraziləri qaytarmağı ağıllarına belə gətirməyən işğalçı ölkə rəhbərliyinə strateji təmkin nümayiş etdirən, Azərbaycanın əzəli torpaqlarını işğaldan azad edəcəyinə bir an belə şübhə etməyən, yeni çağırışlara adekvat cavab verməyə qadir olan müasir dövlət, xüsusən ordu quruculuğuna ciddi önəm verən möhtərəm Prezidentimizin istər cəbhə, istər diplomatiya, istərsə də infor-masiya sahələrindəki qələbələri ermənilər üçün faciəvi oldu.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə, 300-dən artıq kənd, onlarca strateji əhəmiyyətli yüksəklik işğaldan azad olundu. Noyabrın 10-da Azərbaycan Prezidentinin, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə imzaladıqları bəyanat qələbəmizi rəsmiləşdirdi və Ermənistanın rəsmən məğlub olduğunu təsdiqlədi.

Qazanılan bu qələbədə ədliyyə işçilərinin də zəhmət payı var. Bu işdə informasiya mübarizəsinin böyük rolu olduğu hər kəsə bəllidir. Dövlətimizin başçısı dünyanın 30-dan çox aparıcı kütləvi informasiya vasitələrinə müsahibə verərək Ermənistan rəhbərliyinin, eləcə də onun havadarlarının iç üzünü açdı. Ədliyyə naziri cənab Fikrət Məmmədovun Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı xarici həmkarlarına müraciəti dövlət başçımızın informasiya cəbhəsindəki yorulmaz fəaliyyətinin dava-mı kimi qiymətləndirilir. Həmin müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı xarici ölkələrin ədliyyə nazirlərinə faktlara istinadən ətraflı məlumat verildi. Müraciətdə qeyd edilirdi ki, 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi milyondan çox insanın taleyinə ciddi təsir göstərmiş faciəvi nəticələrə səbəb olub. Həmçinin respublikamızın tarixi torpaqlarına ərazi iddiaları irəli sürən Ermənistanın 90-cı illərin əvvəllərində hərbi təcavüzə başladığı, Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirərək Qarabağı və ətraf yeddi rayonu işğal etdiyi, bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyi bildirilirdi.

Həmçinin Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı bu məsələləri ətraflı şəkildə və təkzibolunmaz faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırdığı da öz əksini tapıb. Hadisələrin pik həddi isə bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hərbi mövqelərimizi və ən dəhşətlisi, yaşayış məntəqələrimizi və dinc sakinlərimizi qəsdən və məqsədyönlü şəkildə ağır artilleriya qurğularından atəşə tutmağa başlaması olub. Xüsusilə qeyd edilib ki, Ermənistan ərazisindən endirilən bu zərbələr ölkəmizi cavab zərbəsinə təhrik edərək üçüncü ölkələri hərbi əməliyyatlara cəlb etmək məqsədini daşıyıb.

Müraciətin sonunda ədalət mühakiməsinə və ədliyyəyə məsul şəxs olaraq, həmkarlarının bu məsələdə iştiraksız qalmayacaqlarına və beynəlxalq hüququn görünməmiş pozuntularına qarşı öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görəcəklərinə əminlik ifadə olunub.

Bütün bunlardan sonra qürurla qeyd etmək istərdim ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən biri, ən güclü orduya malik olduğunu bir daha təsdiqlədi. Bu şanlı qələbə 102-ci ilini qeyd etdiyimiz ədliyyə işçilərinin peşə bayramında bizə ən böyük töhfə oldu. Yeri gəlmişkən, qeyd edim ki, ulu öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü kimi müəyyən edilmişdir. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr – 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün ulu öndər Heydər Əliyevə müraciət edilmiş və müdrik şəxsiyyət də bu günü öz sərəncamı ilə rəsmiləşdirmişdir.

Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranma tarixi ilə başlanır. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti yaranışını elan edən gün – 1918-ci il may ayının 28-də Ədliyyə Nazirliyi təsis olunmuşdur. Nazirlik öz işinə, ilk növbədə, ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlamışdır. Ondan sonra gərgin və çətin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilmiş, binalar qaydaya salınmış, ciddi problemlərin yaranmasına baxmayaraq, hüquq ədəbiyyatı kitabxanası və 6 aylıq hüquq kursları təşkil edilmişdir. Həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarların qəbul edilməsinə, bu sahədə hüquqi bazanın yaradılmasına nail olunmuşdur. 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsinin, noyabrın 22-də isə Ədliyyə Nazirliyi¬nin Əsasnaməsinin təsdiq edilməsi bu sahədə irəliyə doğru atılan mühüm addım olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra – 1920-ci il mayın 13-də Ədliyyə Nazirliyi ləğv edilmiş, əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlan¬ması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin 1930-cu ildə bu komissarlıq da ləğv edilmiş, onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.

Müdrik dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Ədliyyə Nazirliyinin yenidən yaradılmasına xüsusi önəm verildi. Ulu öndər respublikamızda qayda-qanunun yaradılmasını, məhkəmə-hüquq sisteminin formalaşdırılmasını, hü¬quqi bazanın təşkilini dövlət idarəçiliyinin əsas atributlarından biri hesab edir-di. Bütün bunları diqqət mərkəzində saxlayaraq, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələnin əsası qoyuldu. Bundan sonra respublikamızda Ədliyyə Nazirliyinin sabit fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradıldı. Nazirlik tərəfindən məhkəmə orqanlarına təşkilati rəhbərlik həyata keçirilmiş, əhaliyə hüquqi yardım getdikcə yaxşılaşdırılmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılması təmin edilmişdir. İllər keçdikcə ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün davamlı zəmin yaranmışdır.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən və ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi, nazirliyin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyəti genişləndi.

Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinə nail olmasıdır. Bundan sonra Hüquqi İslahat Komissiyasının yaradılması və səmərəli fəaliyyəti nəticəsində məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbul edilməsi ədliyyə sisteminin sürətli inkişafına zəmin yaratdı və nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrildi.

Ulu öndər Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı olan Prezident İlham Əliyevin ölkəyə rəhbərliyindən sonra ədliyyə sistemi yeni, müasir mərhələyə qədəm qoydu. Dövlətimizin başçısı tərəfindən nazirliyin yeni əsasnaməsi təsdiq olunaraq, ona hüquq-mühafizə orqanı statusu verildi. Ədliyyə və məhkəmə sisteminin inkişafı və müasirləşdirilməsi barədə proqram xarakterli fərmanların imzalanması, “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunun qəbul olunması, ədliyyənin inkişafı üzrə xüsusi Dövlət Proqramının təsdiq edilməsi bu sahənin inkişafına mühüm töhfələr bəxş etdi.

Bütün sahələrdə olduğu kimi, ədliyyə sistemində də əsaslı islahatlar aparıldı və yeni qurumlar yaradıldı, qanunvericilik aktları qəbul edildi. Milli Məclisin 2006-cı il 26 may tarixli iclasında qəbul edilən “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qa¬nunu, Prezident İlham Əliyevin 2006-cı il avqustun 17-də imzaladığı “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərman, digər qanunvericilik aktları ədliyyə orqan¬larında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluqkeçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyənləşdirdi.

Möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində daha da müasirləşərək yeni-yeni uğurlara imza atmışdır. Ölkə rəhbərinin bu sahəyə xüsusi diqqəti Azərbaycan ədliyyəsinə böyük etimadının və yüksək qayğısının təzahürü olmaqla hər bir ədliyyə və məhkəmə işçisi tərəfindən xüsusi iftixar hissi və dərin rəğbətlə qarşılanmışdır.

Son illər dövlət başçısının təşəbbüsü ilə qəbul edilmiş yeni qanunlarla məhkəmə hakimiyyətinin müstəqilliyi daha da möhkəmləndirilmiş, Məhkəmə- Hüquq Şurasının səlahiyyətləri xeyli genişləndirilmiş, o cümlədən, hakimlərin təyinatında, səlahiyyətlərinə xitam verilməsində, onların fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınmasında, onların yüksək peşəkarlığından digər aidiyyəti sahələrdə də bəhrələnilməsi üçün imkan yaradılmışdır. Prezidentimizin yüksək diqqətində olduğu daim hiss edilən Azərbaycan ədliyyəsi günbəgün müasirləşir. Nazirlik üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün ardıcıl və məqsədyönlü işlər görür.

Azərbaycanın bütün ədliyyə işçiləri dövlət başçısının ətrafında sıx birləşib. Bu birlik Ermənistan üzərindəki qələbəmizin təmin olunmasında böyük rol oynadı. Dövlətimizin başçısının noyabrın 10-da xalqa müraciətində dediyi sözlər – “Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!” hər bir ədliyyə işçisinə peşə bayramında ən qiymətli hədiyyədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisinin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY