CƏMİYYƏT


Ədliyyə işçilərinin peşə bayramı günü Qaradağ rayonunda qeyd edilib

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə noyabrın 21-də Qaradağ rayonunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, icra hakimiyyəti aparatının əməkdaşları, Qaradağ Rayon Məhkəməsinin, rayonun ədliyyə və məhkəmə orqanlarının nümayəndələri iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov peşə bayramı münasibətilə ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib. S.Mikayılov Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışıb. Bildirilib ki, bu sahədə əldə olunmuş nailiyyətlər, o cümlədən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, hakimlərin ən şəffaf seçimi, habelə elektron ədliyyənin inkişafı, penitensiar sistemin müasirləşdirilməsi istiqamətlərində ölkəmizin müsbət təcrübəsi artıq beynəlxalq aləmdə böyük maraq doğurub. Bütün bunlar ədliyyə işçilərini qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının qorunması işinə daha səmərəli xidmətə səfərbər edir.

Yığıncaqda ədliyyənin fəaliyyətinə böyük diqqət və qayğıya görə iştirakçılar adından dövlətimizin başçısına dərin minnətdarlıq ifadə olunub.

Tədbirin sonunda 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Qaradağ Rayon Məhkəməsinin ədliyyə sistemi sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən dörd əməkdaşı qiymətli hədiyyələr və rayon icra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.