DÜNYA


Ədliyyə naziri Bəkir Bozdağ: Qiyamla əlaqədar saxlanılanların sayı 6 mini ötüb

A+ A

İstanbul, 17 iyul, AZƏRTAC 

Türkiyədə iyulun 15-də baş tutmayan hərbi çevriliş cəhdində iştirak etməkdə təqsirləndirilən şəxslərin həbs olunmaları davam edir. İndiyədək ölkə üzrə həbs olunanların sayı 6 mini ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ məlumat verib. Nazir qiyamda iştirakı müəyyən edilən şəxslərin ədalət mühakiməsinə cəlb olunacağını vurğulayıb. Bildirilib ki, bu şəxslərlə bağlı məhkəmə prosesi Türkiyə tarixində ən böyük məhkəmə işlərindən biri olacaq.

Qeyd edək ki, təkcə İstanbulda 2300 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.