CƏMİYYƏT


Ədliyyə naziri Göygöldə vətəndaşları qəbul edəcək

A+ A

Bakı, 17 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 22-də Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Göygöl rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Göygöl, Samux və Goranboy rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul Göygöl şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri, Hummel küçəsi, 32) keçiriləcək.

Vətəndaşlar qəbula Gəncə regional ədliyyə şöbəsi (ünvan: Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi, əlaqə telefonu: (022) 254-48-21, (050) 222-46-46), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, habelə Göygöl şəhərindəki Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.