REGİONLAR


Ədliyyə naziri Yevlax rayonunda vətəndaşları qəbul edəcək

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, ədliyyə naziri Fikrət Məmmədov tərəfindən noyabrın 25-də Yevlax rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Yevlax şəhəri, Nizami küçəsi, 61) keçiriləcək.

Vətəndaşlar qəbula Bərdə regional ədliyyə şöbəsi (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 77, əlaqə telefonu: (02020) 5-16-53, (051) 958-50-69), Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, həmçinin Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı da yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.