ELM VƏ TƏHSİL


Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirilib VİDEO

Bakı, 10 iyun, Xanım Nağıyeva, AZƏRTAC

İyunun 10-da Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.

AZƏRTAC xəbər verir ki, imtahan saat 10.00-da vahid auditoriyada – Bakı İdman Sarayında təşkil olunub. Həmçinin tədbirin gedişi Ədliyyə Nazirliyinin internet səhifəsi vasitəsilə onlayn rejimdə birbaşa yayımlanıb.

Ədliyyə Nazirliyi Müsabiqə Komissiyası sədrinin müavini Rauf Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, nazirliyin sayca 14-cü açıq müsabiqəsi barədə ölkənin bütün regionlarında geniş məlumatlandırma işi aparılaraq hüquqşünaslar dəvət olunublar : "Sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən aparılıb və 640 nəfərin namizədliyi qeydə alınıb. Müsabiqədə bütün regionlar təmsil olunur, onların əksəriyyəti gənclərdir. Namizədlərin yarısı əmək fəaliyyətinə ilk dəfə ədliyyə orqanlarında başlamaq istəyənlərdir, onların hər üç nəfərdən biri qadındır”.

Üç saat davam edən imtahanda nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunub: 80 suаl namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini yoxlayır; 20 suаl isə nаmizədlərin məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir. Namizədlərin balları hesablandıqda hüquq və qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0,5 bаllа qiymətləndirilir. Toplanması mümkün olan maksimal bal 90-a bərabərdir. Nəticələr hesablandıqda yanlış cavabların sayı düz cavabların nəticəsinə təsir göstərmir. Test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur.

Test imtahanının nəticələri imtahandan sonra Ədliyyə Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin internet səhifələrində, həmçinin Nazirliyin aparatında xüsusi monitorlarda yerləşdiriləcək.

Test imtahanında müvəffəqiyyətlə keçmiş və qanunvericiliyin tələblərinə cavab verən namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaq. Müsabiqənin nəticələri üzrə uğur qazanmış namizədlər peşə fəaliyyətinə buraxılmasl məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.