DÜNYA
Adolf Hitlerin çəkdiyi akvarel 130 min avroya satılıb
Paris, 24 noyabr, AZƏRTAC
İkinci dünya müharibəsində əli milyonlarla günahsız insanın qanına bulaşan Adolf Hitlerin 100 il bundan əvvəl sulu boya ilə çəkdiyi şəkil noyabrın 23-də Nürenberq şəhərində təşkil edilən hərracda satışa çıxarılıb.
Hitlerin gənc yaşlarında çəkdiyi akvareldə Münhen şəhər bələdiyyəsinin binası təsvir olunub. 1916-cı ildə babaları tərəfindən alınan, eni 22, hündürlüyü 28 santimetr olan əsər iki bacı tərəfindən satışa çıxarılıb. Adı gizli saxlanılan bir nəfər şəkil üçün 130 min avro ödəyib.
Gənc yaşlarında rəssamlığa həvəsi olan fürer bu sənətin sirlərini öyrənmək məqsədilə Vyana İncəsənət Akademiyasına daxil olmaq istəsə də, istedadsız bir adam kimi onun namizədliyi rədd edilib. Bundan sonra gələcək diktator poçt markalarının şəklini çəkib turistlərə satmaqla məşğul olubmuş.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]