İDMAN


Aerobika gimnastikası üzrə 2-ci Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Oktyabrın 1-də Heydər Əliyev İdman Arenasında aerobika gimnastikası üzrə 2-ci Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, yarışda 34 idmançı birincilik uğrunda mübarizə aparacaq.

Ölkəmizdə 2013-cü ilin sonlarından inkişaf edən aerobika gimnastikası üzrə çempionatda “Ocaq Sport” klubunun nümayəndələri medallar uğrunda yarışacaqlar.

İdmançılar fərdi kişi (gənclər - 15-17 yaş, böyüklər 18 yaş və daha böyük), fərdi qadın (uşaqlar - 7-8 yaş, balacalar - 9-11 yaş, yeniyetmələr - 12-14 yaş, gənclər - 15-17 yaş) və qadın üçlüyü (uşaqlar - 7-8 yaş, balacalar - 9-11 yaş, yeniyetmələr - 12-14 yaş) proqramları üzrə öz çıxışlarını nümayiş etdirəcəklər.

Yarışları Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında (www.agf.az) canlı yayım vasitəsilə izləmək mümkün olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.