DÜNYA
“Aeroflot” “Transaero” aviaşirkətinin səhmlərinin 75 faizini satın almaq planlarını açıqlayıb
Bakı, 2 sentyabr, AZƏRTAC
“Aeroflot” “Transaero” aviaşirkətinin səhmlərinin 75 faizini 1 rubla satın almaq planlarını açıqlayıb. AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu sözləşmə yaxın vaxtlarda baxılması üçün “Aeroflot”un direktorlar şurasına təqdim ediləcək.
“Aeroflot” Rusiyanın ən iri aviadaşıyıcısıdır. Şirkətin əsas səhmdarı dövlətdir. Onun səhmlərinin 51 faizi dövlətə, 3,55 faizi “Rostex” dövlət korporasiyasına məxsusdur.
“Transaero” sərnişin daşımalarının həcminə görə ikinci yerdədir. Ər-arvad Aleksandr və Olqa Pleşakovlar aviaşirkətin ən iri səhmdarlarıdır. Səhmlərin təqribən 36 faizi onlara məxsusdur. Şirkət Rusiya mühasibat uçotu standartlarına görə xalis ziyanı ilin birinci yarasında 29,64 faiz azaldaraq, illik 8,57 milyard rubla çatdırıb. Rusiya KİV-lərinin məlumatına görə, şirkətin borcu 260 milyard rubla çatıb.
Sazişin bağlanması nəticəsində dövlət şirkəti Rusiyanın aviadaşıyıcılar bazarının 50 faizindən çoxunu birləşdirəcək. “Transaero”nun kreditorları və dövlət bu ideyanı dəstəkləyiblər. Lakin sazişlə bağlı suallar hələ çoxdur. Elə aviadaşıyıcının özünün də taleyi qeyri-müəyyəndir.