REGİONLAR
Afaq Bəşirqızı və Valeh Kərimovun da rol aldığı “Toy olsun” komediyası Bakı səhnəsində
Sumqayıt, 29 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında premyerası uğurla keçən “Toy olsun” (İsi Məlikzadə, Süleyman Ələsgərov) komediyası tamaşaçıların istəyi nəzərə alınaraq, Bakı teatrlarında da oynanılacaq.
Teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi İslam Həsənov AZƏRTAC-a bildirib ki, Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimovun da iştirak etdikləri maraqlı səhnə əsəri iyulun 4-də Səməd Vurğun adına Rus Dram Teatrında nümayiş olunacaq.
Tamaşanın quruluşu teatrın baş rejissoru Əməkdar Artist Firudin Məhərrəmova aiddir. Səhnə əsərində Əməkdar artistlər İzaməddin Bağırov, Növrəstə Həşimova, İlahə Səfərova, Cəlal Məmmədov, aktyorlar Sədaqət Nuriyeva, Oktay Mehdiyev, Akif Mirzəyev yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]