DÜNYA


Afinanın mərkəzində bankda partlayış baş verib

Afina, 20 aprel, AZƏRTAC

Yunanıstanın paytaxtı Afinanın mərkəzində partlayış baş verib.

İnsident “Eurobank”ın filialında qeydə alınıb.

Partlayışdan əvvəl naməlum şəxs “zougla.gr” saytının xəbər departamentinə zəng edərək “Eurobank”ın Santaroza küçəsində yerləşən filialında partlayış baş verəcəyini bildirib.

Partlayış nəticəsində bankın ofisinə və yaxınlıqdakı binalara ziyan dəyib. Ölən və xəsarət alanlar barədə məlumat verilmir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.