SİYASƏT
Əflatun Amaşov: Azərbaycan-Gürcüstan parlamentlərarası münasibətləri yüksək səviyyədədir
Tbilisi, 25 mart, AZƏRTAC
Gürcüstanda səfərdə olan Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib.
Ə.Amaşov jurnalistlərə müsahibəsində deyib: “Azərbaycan və Gürcüstan strateji tərəfdaşdırlar. Münasibətlərimiz bütün sahələrdə, o cümlədən parlamentlər arasında inkişaf edir. Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Vaxtaşırı Gürcüstan parlamentinin üzvləri ilə səmərəli görüşlərimiz olur. Biz bu cür görüşlərin, qarşılıqlı səfərlərin sayını artırmaq niyyətindəyik. İnanıram ki, biz, deputatlar olaraq, dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafına öz töhfəmizi verəcəyik”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi