SİYASƏT


Əfqanıstan Prezidenti Azərbaycan xarici işlər nazirinin müavinini qəbul edib

Bakı, 31 may, AZƏRTAC

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov mayın 30-31-də Əfqanıstan İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin Prezidenti Məhəmməd Əşrəf Qani tərəfindən qəbul edilib. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Araz Əzimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və dəvət məktubunu Əfqanıstan Prezidentinə çatdırıb. Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ən xoş arzularının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

Nazir müavini Araz Əzimov, həmçinin Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani və digər rəsmi şəxslər ilə görüşüb.

Görüşlərdə ikitərəfli siyasi dialoq və praktiki əməkdaşlıq məsələləri müzakirə olunub. Əfqanıstan rəsmiləri ölkədə stabilliyin yaradılması işinə Azərbaycanın verdiyi dəstəyin və Asiyanın Ürəyi – İstanbul Prosesinə həmsədrliyinin yüksək qiymətləndirildiyini bildiriblər.

Səfər zamanı Araz Əzimov Asiyanın Ürəyi – İstanbul Prosesinin səfirlər səviyyəsində görüşünə həmsədrlik edib.

Sözügedən görüşdə bu ilin sonunda Bakıda keçiriləcək Asiyanın Ürəyi – İstanbul Prosesinin nazirlər səviyyəsində iclasına hazırlıqla bağlı məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.