DÜNYA


Əfqanıstanda 45 yaraqlı öldürülüb

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC

Əfqanıstanın hökumət qoşunları Nanqarhar vilayətində azı 45 yaraqlını məhv ediblər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, öldürülən yaraqlıların 19-u İŞİD terror qruplaşmasının üzvləridir. Khaama Press agentliyinin məlumatına görə, əməliyyat Paçiro-Aqam və Açin qəzalarında aparılıb. Quru qoşunlarına aviasiya və artilleriya bölmələri dəstək verib.

Agentliyin yaydığı digər məlumatda bildirilir ki, ölkənin qərbindəki Qor əyalətində “Taliban” yaraqlıları 33 dinc sakini oğurlayıb və sonradan qətlə yetiriblər. Yerli hakimiyyət orqanları oğurlananların ötən gecə güllələndiyini bildirib. Taliblər hələlik hadisə ilə bağlı heç bir bəyanat yaymayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.