DÜNYA


Əfqanıstanda 7 nəfərlik ailə minaya düşüb

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

Əfqanıstanın cənubunda 7 nəfərdən ibarət ailə, o cümlədən 3 uşaq yol kənarına döşənmiş minaya düşərək həlak olub.

AZƏRTAC Pajvak agentliyinə istinadla xəbər verir ki, faciə Qəndəhar əyalətinin bələdiyyələrinin birində ailənin avtomobillə toy mərasimindən evlərinə qayıtdığı zaman baş verib.

Xatırladaq ki, son zamanlar Əfqanıstanda vəziyyət xeyli gərginləşib. Bəzi kənd rayonlarında geniş əraziləri ələ keçirən “Taliban” böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşmasının təsiri də artmaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.