DÜNYA
Əfqanıstanda ABŞ-ın pilotsuz təyyarəsinin aviazərbəsi nəticəsində azı 13 nəfər həlak olub
Bakı, 28 sentyabr, AZƏRTAC
ABŞ-a məxsus pilotsuz təyyarənin Əfqanıstanın şərqindəki Nanqarxar vilayətinə aviazərbə endirməsi nəticəsində azı 13 nəfər dinc sakin həlak olub, daha 14 nəfər isə xəsarət alıb. Bu barədə Pajhwok agentliyi yerli hökumət orqanlarına istinadla məlumat yayıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, yerli administrasiya nümayəndəsi Ataulla Xoqiani aviazərbənin endirildiyini təsdiqləyib. Lakin qurbanlar haqda heç bir məlumat verməyib.
Əfqanıstanda olan Amerika hərbi qüvvələrinin briqada generalı Çarlz Klivlend əməliyyatın Açin rayonundakı terrorçulara qarşı yönəldiyini bildirib. O, həmçinin yerli sakinlər arasında tələfat barədə məlumatın araşdırılacağını deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]