DÜNYA


Əfqanıstanda “Əl-Qaida”nın səhra komandiri öldürülüb

Bakı, 21 mart, AZƏRTAC

ABŞ ordusunun pilotsuz uçan aparatı Əfqanıstanın şərqində terroristlər olan avtomobilə raket zərbəsi endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyi “Doon” qəzetinin məlumatına istinadla xəbər yayıb. Məlumatda bildirilir ki, raket zərbəsi nəticəsində 4 silahlı şəxs və həmçinin “Əl-Qaida”nın səhra komandiri ölüb.

Məhv edilən terrorçulardan ikisinin şəxsiyyəti məlum olub. Onlardan biri “Əl-Qaida” terror təşkilatının tanınmış səhra komandiri Ustad Aslam kimi tanınan Kari Yasin olduğu təsdiq edilib. O, əslən Pakistanın Pəncab əyalətindəndir. Burada onun həbsinə 50 min dollar mükafat təyin edilmişdi. Kari Yasin bir sıra terror hadisələrinin, həmçinin prezident Pərviz Müşərrəfə qarşı baş tutmayan sui-qəsdin təşkilində şübhəli bilinirdi.

Digər öldürülən şəxs isə “Pakistanın taliblər hərəkatı”ndan olan Amin Şah Mahsud olduğu qeyd olunur. O, bu təşkilat üçün kamikadze-terrorçular hazırlayan təlimatçı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.