DÜNYA


Əfqanıstanda Amerika Universitetinə hücum nəticəsində 12 nəfər ölüb VİDEO

A+ A

Bakı, 25 avqust, AZƏRTAC

Əfqanıstan xüsusi ordu dəstələri Kabildə Amerika Universitetinə hücum etmiş silahlı şəxslərin tutulması məqsədilə əməliyyat keçirib.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Amerika universitetinə hücum nəticəsində 12 nəfər həlak olub, 35-i tələbə olmaqla 44 nəfər yaralanıb. Həlak olanlardan 7-nin tələbə olduğu bildirilir.

Terrorçular əvvəlcə bomba yüklü avtomobili partladıb, sonra isə universitetə silahlı basqın ediblər. Hücum edənlərin hadisə yerindən qaçdığı bildirilir. Əfqanıstan ordusunun xüsusi mühafizə dəstələri universitet ərazisini ciddi nəzarətə götürüb. Əməliyyat zamanı iki silahlının zərərsizləşdirildiyi barədə məlumat verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.