DÜNYA
Əfqanıstanda dövlət telekompaniyasının yaxınlığında partlayış törədilib
Bakı, 17 may, AZƏRTAC
Əfqanıstanın Nanqarhar əyalətinin administrativ mərkəzi olan Cəlalabad şəhərində mayın 15-də hücuma məruz qalan dövlət televiziyasının binası qarşısında yenidən partlayış baş verib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hadisə mayın 17-də yerli vaxtla saat 10:00-da baş verib. Əyalət qubernatorunun nümayəndəsi Ataullah Hoqiani partlayışdan sonra silahlı qrupun binaya daxil olduğunu təsdiqləyib.
“Tolo News” telekanalı təhlükəsizlik qüvvələri ilə hücum edənlər arasında atışma baş verdiyini, həmçinin telekanala məxsus binada atəş səslərinin eşidildiyini bildirir.
Interfax agentliyinin RTA telekompaniyasına istinadla yaydığı məlumata görə, hələlik hücum nəticəsində bir nəfərin həlak olduğu, 14 nəfərin isə yaralandığı məlumdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]