DÜNYA


Əfqanıstanda helikopter qəzası: 5 ekipaj üzvü və 3 əsgər həlak olub

A+ A

Bakı, 9 oktyabr, AZƏRTAC

Əfqanıstanın Baqlan əyalətində hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 8 nəfər həlak olub. Bu barədə Associated Press agentliyi Əfqanıstan Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, həlak olanların 5-i ekipaj üzvü, 3-ü əsgərdir.

Rəsmi mənbələr qəzaya texniki nasazlığın səbəb olduğunu bildirirlər. Bununla yanaşı, “Taliban” hərəkatının nümayəndəsi bəyan edib ki, qəzanın məsuliyyətini qruplaşma üzərinə götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.