DÜNYA
Əfqanıstanda növbəti partlayış azı 10 nəfərin həyatına son qoyub
Bakı, 25 may, AZƏRTAC
Əfqanıstanda azı 10 nəfərin həyatına son qoyan partlayışın hədəfi apellyasiya məhkəməsinin işçilərini daşıyan avtomobil olub. Daxili İşlər Nazirliyinin nümayəndəsi hadisə nəticəsində, həmçinin 4 nəfərin də yaralandığını bildirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, partlayış mayın 25-də səhər saatlarında Paqman rayonunda törədilib. Bir qədər əvvəl “Taliban” hərəkatı qruplaşma üzvlərinin edamına cavab olaraq məhkəmə orqanları əməkdaşlarına hücum edəcəyini bildirmişdi.
Xatırladaq ki, son zamanlar Əfqanıstanda vəziyyət gərginləşməkdə davam edir. Bəzi kənd rayonlarında xeyli ərazini ələ keçirən “Taliban” hərəkatı böyük şəhərlər istiqamətində hücumlarını genişləndirir. Ölkənin şimalındakı Qunduz şəhərində nəzarətə yiyələnən hərəkat hazırda Kabildən cənub-qərbdə yerləşən Qəzni əyalətinin eyni adlı administrativ mərkəzi uğrunda döyüşlər aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]