DÜNYA


Əfqanıstanda parlament seçkilərinin vaxtı müəyyənləşib

Bakı, 22 iyun, AZƏRTAC

Əfqanıstanda seçkilər üzrə müstəqil komissiya ölkədə parlament seçkilərinin 2018-ci il iyulun 7-də keçiriləcəyini elan edib.

AZƏRTAC xəbər verir ki, Tolo News telekanalının məlumatına görə, həmin gün yerli şuralara da seçkilərin keçirilməsi planlaşdırılır. Komissiyanın rəhbəri Nəcibulla Əhmədzay əhalini əməkdaşlığa çağıraraq qeyd edib ki, Əfqanıstan hökuməti parlament seçkilərinin uğurla keçməsi üçün diqqəti hərbi əməliyyatlar və münaqişələrlə bağlı problemlər üzərində cəmləşdirməlidir.

Əfqanıstan parlamentinin beşillik səlahiyyət müddəti 2015-ci il iyunun 22-də başa çatmalı idi. Lakin təhlükəsizlik mülahizələri və ölkədə qeyri-sabit vəziyyətdə səslərin sayılmasının düzgün aparılmasına inamsızlıq səbəbindən seçkilər başqa vaxta keçirilmişdi. Ölkə prezidenti Əşrəf Qəni parlamentin mandatının ölkədə seçkilərin keçirilməsinə imkan yaranan vaxtadək uzadılması barədə sərəncam vermişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.