DÜNYA


Əfqanıstanda partlayış: azı 24 nəfər ölüb, 60 nəfər yaralanıb

Bakı, 22 iyun, AZƏRTAC

Əfqanıstanının Gilmənd əyalətində bank binası yaxınlığında minalanmış avtomobil partladılıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, partlayış nəticəsində azı 24 nəfər ölüb, 60 nəfər yaralanıb. Bu məlumatı TOLOnews telekanalı Twitter səhifəsində yayıb.

Partlayışın yerli vaxtla saat 12:00 radələrində Ləşkərgah şəhərində Kabil bankının yerli şöbəsi yaxınlığında bir qrup yaraqlı tərəfindən törədildiyi bildirilir. Gilmənd qubernatorunun nümayəndəsi Omar Zvakın sözlərinə görə, partlayış hərbi qulluqçular və mülki şəxslər banka maaş almağa gəldikləri vaxt baş verib.

Terror aktına görə məsuliyyəti hələlik heç bir ekstremist qruplaşma üzərinə götürməyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.