DÜNYA


Əfqanıstanda partlayış: ölənlər və yaralananlar var

Bakı, 14 iyun, AZƏRTAC

Əfqanıstanın cənub-şərqində baş verən güclü partlayış nəticəsində azı 5 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli hökumət orqanları məlumat verib.

İnsident Paktika əyalətinin Pakistanla sərhəddə yerləşən rayonunda baş verib. Həyatını itirənlər arasında azyaşlı dörd uşağın da olduğu bildirilir.

Ölkə ərazisində fəaliyyət göstərən heç bir qruplaşma hələlik hadisənin məsuliyyətini öz üzərinə götürməyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.