DÜNYA
Əfqanıstanda polis məntəqəsinə hücum nəticəsində azı 13 nəfər ölüb
Bakı, 18 noyabr, AZƏRTAC
“Taliban” hərəkatının yaraqlıları Əfqanıstanın qərbində polis məntəqəsinə hücum ediblər. Hadisə nəticəsində azı 13 polis əməkdaşı həlak olub.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına əsasən, insident cümə gününə keçən gecə Fərah əyalətində baş verib. Hələlik təfərrüatlar barədə məlumat verilmir.
Yerli sakinlərin sözlərinə görə, yaraqlılar əyalətin şərqində hücum zamanı silah və təhlükəsizlik qüvvələrinin bir neçə avtomobilini ələ keçiriblər. Habelə hökumət binaları dağıdılıb. Şahidlər nəzarət-buraxılış məntəqəsinin yaxınlığındakı polislərin hücumda əli olduğunu güman edirlər. Belə ki, hadisədən sonra onların bir neçəsi yoxa çıxıb.