DÜNYA


Əfqanıstanda sutka ərzində 84 terrorçu öldürülüb

Bakı, 29 oktyabr, AZƏRTAC 

Əfqanıstanın bir neçə vilayətində sutka ərzində təhlükəsizlik qüvvələri tərəfindən 84 terrorçu məhv edilib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, öldürülən terrorçulardan 27-si İŞİD terror qruplaşmasının üzvü olub. Onların Pakistanla sərhəddə yerləşən Nanqarhar vilayətində zərərsizləşdirildiyi bildirilir.

Xatırladaq ki, yerli KİV-lər İŞİD terrorçularının bir neçə gün əvvəl Əfqanıstanın Qor vilayətinə hücum etməsi barədə məlumat yaymışdılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.