DÜNYA


Əfqanıstanda terror aktı nəticəsində azı 14 nəfər həlak olub

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Əfqanıstanda minalanmış avtomobilin partladılması nəticəsində ən azı 14 nəfər, o cümlədən 10 polis əməkdaşı həyatını itirib. Terror aktının terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident Gilmənd əyalətinin paytaxtı Laşkarqax şəhərində baş verib. Polis nümayəndəsinin sözlərinə görə, həlak olanların sayı arta bilər.

Xatırladaq ki, son zamanlar Əfqanıstanda vəziyyət gərginləşməkdə davam edir. Bəzi kənd rayonlarında yeni ərazilər ələ keçirən “Taliban” hazırda böyük şəhərlər istiqamətində hücumlarını genişləndirir. Ölkənin şimalındakı Qunduz şəhərinin böyük bir hissəsini nəzarət altına alan taliblər bu gün Gilmənd əyalətinin paytaxtı Ləşkərgah şəhərinə genişmiqyaslı hücuma başlayıblar.

Gilmənd əyaləti qruplaşma üçün mühüm strateji əhəmiyyət daşıyır. Belə ki, bu əyalət illik dövriyyəsi 4 milyard dollar olan tiryək istehsalı mərkəzlərindən biridir. Narkotik satışından əldə olunan vəsaitin böyük hissəsi döyüş əməliyyatlarının maliyyələşdirilməsinə sərf edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.