DÜNYA


Əfqanıstanda terror aktı qurbanlarının sayı 34 nəfərə çatıb

Bakı, 22 iyun, AZƏRTAC

Bu gün səhər saatlarında Əfqanıstanının cənubunda törədilən partlayışda ölənlərin sayı 34 nəfərə çatıb, 60 nəfərədək insan yaralanıb.

AZƏRTAC xəbər verir ki, TOLOnews telekanalının yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata əsasən, Gilmənd əyalətinin inzibati mərkəzi olan Ləşkərgah şəhərində bank binası yaxınlığında minalanmış avtomobil partladılıb. Partlayış maaş almaq üçün gələn yerli sakinlərin bankda növbəyə dayandıqları vaxt törədilib.

Terror aktına görə məsuliyyəti hələlik heç bir ekstremist qruplaşma üzərinə götürməyib.

Xatırladaq ki, son vaxtlar Əfqanıstanda ən böyük terror hücumu mayın 31-də Kabil şəhərində, diplomatik məhəllənin girişindəki nəzarət-buraxılış məntəqəsində baş verib. 150-dən çox insanın həyatına son qoyan bu terror aktından sonra ölkənin bir sıra yerlərində hökumət əleyhinə etiraz aksiyaları keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.