DÜNYA
Əfqanıstanda torpaq sürüşməsi 50-dən çox insanın həyatına son qoyub
Bakı, 28 aprel, AZƏRTAC
Əfqanıstanın şimal-şərqində baş verən sürüşmə nəticəsində ən azı 52 nəfər həlak olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Bədəxşan əyalətinin qubernatoru Şah Vəliullah Ədibin məlumatına görə, faciə Tacikistanla sərhəd yaxınlığında yerləşən Xavxan rayonunda qeydə alınıb.
Hadisə əyalətin administrativ mərkəzi Feyzabad şəhərindən 200 kilometr məsafədə yerləşən çətin keçilən zonada baş verdiyindən təbii fəlakətin miqyasını dəqiq qiymətləndirmək mümkün deyil. Hazırda yollar qarla örtülüb və sürüşmə zonasına yalnız helikopterlə getmək olur.
Qeyd edək ki, Bədəxşan əyalətində sürüşmələr tez-tez baş verir. Keçən ilin may ayında əyalətdə baş verən sürüşmə nəticəsində 350 nəfərdən çox insan həyatını itirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]
Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib
- 19.04.2024 [14:50]
Latviyada yeni xarici işlər naziri təyin edilib
- 19.04.2024 [14:16]
Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib
- 19.04.2024 [13:55]
Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir
- 19.04.2024 [13:34]