DÜNYA
Əfqanıstanda voleybol oyunu zamanı törədilmiş partlayış nəticəsində 50 nəfər həlak olub
Bakı, 24 noyabr, AZƏRTAC
Bazar günü Əfqanıstanın Paktika əyalətində baş vermiş partlayış nəticəsində ən azı 50 nəfər həlak olub, 60-a qədər insan yaralanıb.
AZƏRTAC France-Presse informasiya agentliyinə istinadla xəbər verir ki, Paktika əyalətinin rəhbərliyi partlayış zamanı 42 nəfərin hadisə yerində həlak olduğunu, ağır xəsarət almış daha səkkiz nəfərin isə xəstəxanalarda öldüyünü təsdiqləyib.
Noyabrın 23-də yüzlərlə tamaşaçının iştirak etdiyi voleybol yarışının keçirildiyi idman mərkəzinə girən kamikadze partlayıcını insanların sıx olduğu yerdə işə salıb. Bu da terror aktı zamanı daha çox insanın ölümünə səbəb olub.
Terror aktını heç bir qruplaşmanın üzərinə götürmədiyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]