DÜNYA


Əfqanıstanın paytaxtında İraq səfirliyinin yaxınlığında partlayış törədilib VİDEO

Bakı, 31 iyul, AZƏRTAC

Əfqanıstanın təhlükəsizlik xidmətinin məlumatına əsasən Kabildə İraq səfirliyinin yaxınlığında partlayış baş verib.

AZƏRTAC France-Presse informasiya agentliyinə istinadla xəbər verir ki, terrorçu-kamikadze özünü səfirliyin girişində partladıb. Bundan sonra daha iki silahlı şəxs səfirlik binasına daxil olmağa cəhd göstərib.

Hadisənin baş verdiyi rayonda hələ də atışma səsləri eşidilir, əhali təxliyə olunur.

Tolo News telekanalının yaydığı son məlumata görə, bir neçə dəqiqə əvvəl İraq səfirliyinin yerləşdiyi rayonda ikinci partlayış səsi eşidilib. Telekanalın məlumatında deyilir ki, insidentin baş verdiyi rayonda silahlı toqquşmalar davam edir. Əfqanıstan Daxili İşlər Nazirliyi səfirliyə hücumda dörd nəfərin iştirak etdiyini təsdiqləyib. Səfirlik əməkdaşlarının binadan təxliyə edilərək təhlükəsiz yerə köçürüldüyü bildirilir.

Həlak olanlar, yaxud xəsarət alanlar barədə hələlik heç bir məlumat verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.