DÜNYA


Əfqanıstanlı hərbçi üç Amerika əsgərini güllələyib

Bakı, 11 iyun, AZƏRTAC

Əfqanıstanlı hərbi qulluqçu Amerika əsgərlərini atəşə tutub. Hadisə Nanqarxar vilayətində baş verib. Atəş açan hərbçi öldürülüb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hücum nəticəsində həlak olan ABŞ hərbçilərinin sayı üç nəfərə çatıb. Bu barədə şənbə günü NBC telekanalı məlumat yayıb. ABŞ Prezidenti Donald Tramp baş verənlər haqqında məlumatlandırılıb.

Rəsmi məlumatlara görə, hazırda Əfqanıstanda beynəlxalq koalisiyanın 13 minə yaxın hərbi qulluqçusu var. Bu kontingentin təxminən 8,4 mini ABŞ-dan olan əsgər və zabitlərdir. Onlar əsasən əfqan hərbçilərinin təlimi ilə məşğul olur, həmçinin hərbi müşavir rolunda çıxış edirlər.

Bir müddətdir ki, Tramp administrasiyası Əfqanıstana mümkün əlavə kontingent göndərmək məsələsini nəzərdən keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.