DÜNYA
Afrikada ilk dəfə smartfon istehsal ediləcək
Bakı, 7 dekabr, AZƏRTAC
Cənubi Afrika Respublikasında (CAR) ilk dəfə smartfon istehsal ediləcək. “Onyx Connect” startapı Afrikada smartfon istehsal edən ilk şirkət olacaq.
AZƏRTAC-ın “Bloomberg” nəşrinə istinadən məlumatına görə, Yohannesburq şəhərində yerləşən startap “Android” əməliyyat sistemi bazasında smartfon və planşet istehsalına başlamaq niyyətindədir. İstehsala gələn ilin birinci rübündən başlanılacaq.
“Onyx” şirkətində iddia edirlər ki, onlar qiyməti təxminən 30 dollar olan smartfon istehsal etmək fikrindədirlər. Cihaza kamera və 1 giqabayt yaddaş daxildir.
Agentlik qeyd edir ki, CAR-da smartfon istehsalına yerli valyutanın 40 faiz zəifləməsi və nəticədə işçi qüvvəsinin ucuzlaşması təkan verib.
Xatırladaq ki, 2016-cı ildə dünyada smartfonların satışının artımı 1 faizə qədər azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]