ELM VƏ TEXNOLOGİYA


Afrikada kisəli siçovullar vərəm diaqnozu qoya bilirlər

A+ A

Bakı, 10 avqust, AZƏRTAC 

Vərəmin sürətlə yayıldığı bir zamanda Mozambik və Tanzaniyadan olan mütəxəssislər bu xəstəliyin diaqnozunun daha tez və ucuz yolla - nəhəng kisəli siçovullar vasitəsilə qoyulması üsulunu aşkar ediblər. Pişik böyüklüyündə olan bu siçovullar iybilmə qabiliyyətləri vasitəsilə vərəm diaqnozu qoymaq üçün istifadə olunan ənənəvi üsulların müəyyənləşdirə bilmədiyi 10 min nəfərdə adıçəkilən xəstəliyin əlamətlərini tapıblar.

AZƏRTAC “CBC” saytına istinadla xəbər verir ki, tədqiqatı həyata keçirən həkimlərdən biri Stüart Reyd vərəm törədən bakteriyaların insan orqanizmində bir sıra birləşmələr ifraz etdiyini bildirib. Diqqətə çatdırıb ki, məhz həmin siçovullar xüsusi dəqiqliklə həmin elementləri aşkar etmək qabiliyyətinə malikdirlər. Xüsusi olaraq əhilləşdirilmiş bu siçovullar qabdakı bəlğəmi qoxlamaqla bir növ diaqnoz qoyurlar və hər reaksiyalarına görə əzilmiş bananla mükafatlandırılırlar.

İnkişaf etmiş ölkələrdə analizlər xüsusi mikroskoplar ilə həyata keçirilir. S.Reyd aşkar etdikləri vasitənin bu ənənəvi üsuldan daha sürətli və dəqiq olduğunu iddia edir: “Mikroskop vasitəsilə gündə 20 xəstənin vəziyyəti müəyyənləşirsə, siçovullar 20 dəqiqə ərzində 100 xəstəyə diaqnoz qoya bilərlər”.

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı siçovullar vasitəsilə vərəm diaqnozunun qoyulmasının genişmiqyaslı tətbiqini məqsədəuyğun hesab etməsə də, Efiopiya və bir sıra digər Afrika ölkələri bu üsuldan tam istifadə etmək üçün daha geniş tədqiqatların aparılması qərarına gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.