Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Əfşan Əsədova: Ən yorğun günlərimdə rənglərlə istirahət edirəm

Bakı, 16 fevral, Ceyhun Alışlı, AZƏRTAC

Bəşəriyyətin mənəvi mədəniyyətinin tərkib hissəsi sayılan rəssamlıq sənəti, həm də real və mücərrəd həyatın əksidir. Hər zaman həyat hadisələrini fırçasının dili ilə canlandıran, adını dünya tarixinə yazdırmağa müvəffəq olan ustad sənətkarlarımız olub. Bu ənənə cəmiyyətimizdə bütün zamanlarda istedadlı gənc nəsillər tərəfindən davam etdirilib. Bu gün də yaratdığı sənət əsərləri ilə neçə-neçə istedadlı gənc nəsil yetişməkdədir. Belə istedadlı gənc rəssamlardan biri, Prezident təqaüdçüsü Əfşan Əsədovadır. AZƏRTAC gənc rəssamla müsahibəni təqdim edir.

-Hər bir istedadın arzuları onun aid olmaq istədiyi sənətin başlanğıc yoludur. Sizi incəsənətə gətirən həvəs, arzulardır yoxsa istedad?

-Mən rəssam ailəsində böyümüşəm. Bəlkə də valideynlərim incəsənət adamı olduğu üçün uşaqlıqdan məndə bu sahəyə həvəs yaranıb. Fırça ilə böyümüşəm, mütəmadi olaraq rənglərlə təmasda olmuşam. Zaman keçdikcə müəyyən yaşa gəldim və bu sənətə içimdə bir həvəs olduğunu anladım. Əlbəttə ki, valideynlərimin dəstəyini daim üzərimdə hiss etmişəm. Hələ uşaqlıqdan incəsənət sahəsinə töhfə verəcəyimi qarşıya məqsəd qoymuşdum. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında batika janrını öyrəndikdən sonra magistraturada incəsənət tarixi və nəzəriyyəsi üzrə ixtisaslaşdım. Düşünürəm ki, məni bu sahəyə arzularımdan daha çox boya-başa çatdığım ailə mühiti gətirdi.

-Hansı rəssamları özünüz üçün mayak hesab edirsiniz?

-Bəli, hər bir incəsənət adamının bəhrələndiyi və özü üçün ilham qaynağı hesab etdiyi sənətkarlar olmalıdır. Dünya şöhrətli estoniyalı rəssam Malle Leisi özüm üçün kumir hesab etmişəm. Onun sənət əsərlərindəki əhvali-ruhiyyəni çox sevirəm. O da güllərlə olan kompozisiyaları ilə məşhurdur. Daha sonra məşhur rusiyalı rəssam Nikolay Bloxinin sənət əsərlərindən ilhamlanmışam. Eyni zamanda, bizim xalqımızın ən dəyərli incəsənət simalarından sayılan Ağəli İbrahimov, Rasim Babayev kimi sənətkarlardan öyrənməyə çalışmışam və indinin özündə də onların əsərlərindən faydalanmağa səy göstərirəm.

-Fırçanız daha çox hansı rənglərə meyillidir?

-Bütün rənglərə. Ümumiyyətlə, rənglərlə işləmək mənə özünəməxsus stimul verir. Fırça ilə rənglərin təması rəssamın ruhunun sakitliyi, həyatının yeni mərhələsidir, məncə. Bu baxımdan ən yorğun günlərimdə belə rənglərlə istirahət edirəm.

-Bir insanın sənətdə qazandığı uğurları ona hər zaman stimul verir. Gənc rəssamın Prezident təqaüdçüsü olmağı onun üzərinə nə kimi vəzifələr qoyur?

-Bu il Prezident təqaüdçüsü olmağım məni olduqca ruhlandırdı. Bildiyiniz kimi, ölkəmizdə təşkil olunan bir neçə rəsm sərgisində əsərlərimlə təmsil olunmuşam. Hər zaman istər məna, istərsə də məzmun baxımdan mükəmməl bir sənət əsəri ərsəyə gətirməyə çalışıram. Eyni zamanda, əsərlərin işləmə texnikasına olduqca məsuliyyətli yanaşıram. Sanballı əsər ərsəyə gətirmək gərgin əmək tələb edir. Bu gün digər sahələr kimi mədəniyyət və incəsənət sahəsi də ölkə başçısının diqqət və qayğısı ilə əhatələnib. Bütün bu işlərin davamı kimi əməyimin diqqətdən kənarda qalmaması mənim üçün ayrıca sevindirici haldır. Aldığım təqaüdə layiq olmağa çalışıram.

- İndiyədək əsərlərinizdən satdığınız olubmu və ya özünüz bunun üçün harasa müraciət etmisinizmi?

- Açığını deyim, müraciət etməmişəm. Daha çox mənə müraciət olunub. Amma əsərlərimi satmaq haqqında hələ ki, düşünməmişəm. Ötən il Azərbaycan Rəssamlar İttifaqında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Yasəmən” adlı fərdi rəsm sərgim təşkil olundu. Sərgidə iştirak edən qonaqlara bir neçə əsərimi hədiyyə etdim. Deyim ki, kimsə çox bəyənəndə hədiyyə etdiyim olur.

-Yaradıcılığınızda daha çox batika, qrafika və moda janrına üstünlük verirsiniz. Bir əsəri ərsəyə gətirmək üçün sizə nə qədər zaman kifayət edir?

- Bir işin üzərində özüm razı qalana qədər işləyirəm. Bu müddət iki gün də ola bilər, beş ay da. Hansısa işi yarımçıq qoyub bir il sonra da tamamlaya bilərəm. Ona görə də müddəti dəqiq demək olmur.

-Bir az da gələcək planlarınızdan danışaq.

- Bildiyiniz kimi, modelyer rəssam kimi də fəaliyyət göstərirəm. Əsasən səhnə üçün nəzərdə tutulmuş geyimlər hazırlayıram. Tezliklə sırf bu geyimlərdən ibarət sərgi təşkil etməyi planlaşdırıram. Bundan əlavə, yeni yaradıcılıq axtarışlarım davam edir. Böyük və nəticə etibarı ilə uğurlu məqsədlər naminə çalışmaq, zəhmətimin bəhrəsini görmək istəyindəyəm.

-Səhnə geyimləri ilə bağlı müraciət edənlər varmı?

-İndiyədək bir çox ziyafət geyimləri hazırlamışam. Səhnə üçün nəzərdə tutduğum geyimlərin isə hələ heç bir yerdə təqdimatını keçirməmişəm. Qeyd etdiyim kimi, hazırda geyimlərdən ibarət sərgi üzərində işləyirəm. Bu geyimlər ilk dəfə sərgidə nümayiş olunacaq. Daha sonra bir neçə müğənni ilə işləməyi düşünürəm.

-Maraqlı müsahibəyə görə sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq