DÜNYA


Əfsanəvi 41-ci il paradının şərəfinə təntənəli marş

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Moskvada, Qırmızı meydanda əfsanəvi 1941-ci il paradının 75-ci ildönümünə həsr olunmuş təntənəli marş keçirilib.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Moskvanın baş meydanında keçirilən yürüşdə 5 mindən çox insan – paytaxt qarnizonunun hərbi qulluqçuları, Prezident polkunun kavaler qrupu, Preobrajensk əlahiddə komendant polkunun fəxri qarovul rotası, Moskva Suvorov məktəbinin yetirmələri və kadet məktəblərinin şagirdləri iştirak edib.

Marş tarixi və müasir hissələrdən ibarət olub. Meydandan əfsanəvi parad iştirakçılarının nəvə və nəticələri də keçiblər.

Yetmiş beş il əvvəl mühasirəyə alınmış Moskvada 28 mindən çox insanın iştirakı ilə keçirilmiş parad Böyük Vətən müharibəsinin sonrakı gedişinə böyük təsir göstərmiş, ordunun və bütün ölkənin əhvali-ruhiyyəsini yüksəltmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.