MƏDƏNİYYƏT
Əfsanəvi “Okean Elzı” Bakıya gəlir
Bakı, 6 avqust, AZƏRTAC
Sentyabrın 3-də Ukraynanın əfsanəvi rok qrupu sayılan “Okean Elzı” Bakıda konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC qrupun “facebook” səhifəsinə istinadla bildirir ki, Yaşıl Teatrda baş tutacaq konsertdə qrup maraqlı və zəngin repertuarla çıxış edəcək.
Qrupun təsirli və fədakar konsert drayvı, əsl Slavyan melodikliyinin güclü rok energetikası ilə birləşməsidir.
Qeyd edək ki, 2014-cü ildə “Okean Elzı” qrupunun 20 illiyinə həsr olunmuş konsertlərini canlı izləyən tamaşaçıların sayı yarım milyondan çox olub.
Dəfələrlə tamaşaçılar və tənqidçilər tərəfindən MDB və Şərqi Avropanın “ən yaxşı rok-qrupu” və “live-qrupu” kimi tanınan kollektivin Bakı konsertinin maraqlı olacağı gözlənilir.
Biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]