İDMAN


Əfsanəvi futbolçu Ruud Qullit “Avro-2020”nin Bakı mərhələsinin loqosunun təqdimatında iştirak edəcək

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC

“Avro-2020”nin Bakı mərhələsinin loqosunun təqdimat mərasimində hollandiyalı tanınmış futbolçu Ruud Qullit də iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, əfsanəvi futbolçu tədbirə xüsusi qonaq qismində dəvət olunub.

Mərasim sentyabrın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Futbol üzrə 2020-ci il Avropa çempionatının qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.