DÜNYA


Əfsanəvi müğənni Sting Türkiyədə konsert verəcək

A+ A

Bakı, 26 iyul, AZƏRTAC

Avqustun 9-da əfsanəvi ingilis musiqiçi, dünya şöhrətli müğənni Sting Türkiyədə “Expo 2016 Antalya” çərçivəsində konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC Cihan xəbər agentliyinə istinadla bildirir ki, dünya miqyasında böyük uğura sahib olan sənətkar öz albomlarından yeni və klassik mahnıları ilə musiqisevərlərin görüşünə gələcək.

Qeyd edək ki, müğənni 1985-ci ildə “The Dream of The Blue Turtles” adlı ilk solo albomunu çıxarıb. Bundan əlavə, “Englishman In New York”, “Desert Rose”, “Shape of My Heart” və “Mad About You” kimi bir-birindən dəyərli musiqi albomları işıq üzü görərək sənətkarı dünyada tanıdıb. Ümumilikdə 14-dək solo albomu olan sənətkarın musiqi sahəsində 10 “Qremmi” və 2 “Brit” mükafatı var.

Bununla yanaşı, müğənni 15-dək filmdə rol alaraq “Emmy” və “Qızıl Kürə” mükafatlarının sahibidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.