DÜNYA


Əfsanəvi siyasətçi qadın vəfat edib

Praqa, 22 may, AZƏRTAC

Tanınmış siyasətçi Bojena Fukova 82 yaşında vəfat edib. O, Çexoslovakiya Sosialist Respublikası (ÇSSR) Milli Məclisinin 1968-ci ildə ÇSSR ərazisində sovet qoşunlarının müvəqqəti yerləşməsi haqqında müqavilənin imzalanması əleyhinə səs vermiş yeganə deputatıdır. B. Fukova bir neçə il əvvəl jurnalistlərə müsahibəsində təsdiq edib ki, bu addımına görə heç vaxt təəssüf hissi keçirməyib. Halbuki dərhal deputat mandatından məhrum edilib və sonralar azyaşlı qızını böyütmək üçün iş axtarıb tapmaqda böyük çətinliklərlə üzləşib.

B.Fukova 1989-cu ildə “məxməri inqilab”dan sonra Çexoslovakiya Federal Məclisinin üzvü olub və sovet qoşunlarının ölkə ərazisindən çıxarılmasını müşahidə edən komissiyada çalışıb. 2006-cı ildə Slovakiyanın, 2014-cü ildə Çex Respublikasının dövlət mükafatları ilə təltif edilib. 2016-cı ildə “Xartiya 77” Fondu ona Frantişek Krigel mükafatını təqdim edib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.