ELM VƏ TƏHSİL


“Ağ Naftalan yağı” beynəlxalq sərgidə növbəti uğur qazanıb

Bakı, 10 iyun, AZƏRTAC 

Moskvada Beynəlxalq Tibbi Hidrologiya və Klimatologiya Cəmiyyətinin 42-ci ümumdünya konqresi keçirilib. Konqres çərçivəsində təşkil olunan beynəlxalq sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) və AMEA-nın Təcrübə-Sənaye Zavodunun istehsalı olan “Ağ Naftalan yağı” və onun əsasında yaradılan yeni preparatları təqdim edilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, “Ağ Naftalan yağı” və yeni preparatlar böyük marağa səbəb olub, onların istifadəsi üçün bir çox xarici təşkilatlardan maraqlı təkliflər alınıb. “Ağ Naftalan yağı”nın yüksək keyfiyyəti Beynəlxalq Tibbi Hidrologiya və Klimatologiya Cəmiyyəti tərəfindən qiymətləndirilib və cəmiyyətin sədri, professor Pedro Cantistanın imzası ilə bu məhsula əla keyfiyyət diplomu verilib.

Beynəlxalq tədbirdə institutun direktoru, akademik Vaqif Abbasovun “Terapevtik naftalan yağı və onun əsasında preparatlar” mövzusunda məruzəsi dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.