ELM VƏ TEXNOLOGİYA


Ağ Naftalan yağının tibbi tədqiqatına dair müqavilə imzalanacaq

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Belarus Respublikasının Səhiyyə Nazirliyinin dəvəti ilə ağ Naftalan yağının həmin respublikada istifadəsi və onun əsasında dərman preparatlarının istehsalı məsələlərini müzakirə etmək məqsədilə bu ölkədə ezamiyyətdədir.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, noyabrın 20-dək davam edəcək səfər çərçivəsində azərbaycanlı alim Rusiya Federasiyasının paytaxtı Moskvaya gedəcək, Rusiya Tibbi Reabilitasiya Kurortologiya Elmi Mərkəzi ilə ağ Naftalan yağının tibbi tədqiqatına aid müqavilə imzalayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.