İQTİSADİYYAT
Ağ Şəhərin layihələndirilməsi təcrübəsi Memarlıq və İnşaat Universitetində mühazirələrdə istifadə ediləcək
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri Bakı Ağ Şəhərdə istehsalat təcrübəsi keçiblər.
AZƏRTAC “Bakı Ağ Şəhər” layihəsinə istinadən bildirir ki, universitetlə razılaşma əsasında həyata keçirilən təcrübə proqramı çərçivəsində tələbələr Bakı Ağ Şəhər Ofis Binasında qurulmuş layihənin maketi, baş planı, habelə Ağ Şəhərdə gedən tikinti prosesləri ilə yaxından tanış olublar.
Layihə ekspertləri tələbələri kiçik villalardan başlayaraq iri həcmli komplekslərə qədər münasib yaşayış və ya kommersiya obyektlərinin layihələndirmə və tikintisi barədə məlumatlandırıblar.
Qeyd olunub ki, Ağ Şəhərin istifadəyə verilmiş gözoxşayan məhəllələri isə gələcəyin memarları üçün beynəlxalq standartlara uyğun layihələndirilmənin əyani nümunəsidir.
Ağ Şəhərin layihələndirilməsi təcrübəsinin Memarlıq və İnşaat Universitetində də mühazirələr və dərsliklərdə istifadə edilməsi haqda qərar verilib.