DÜNYA


Ağ ev Tramp-Ərdoğan görüşünün vaxtını açıqlayıb

Bakı, 11 may, AZƏRTAC

Mayın 16-da ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanı qəbul edəcək. Bu barədə Ağ evin mətbuat katibi Şon Spayser məlumat verib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Spayserin sözlərinə görə, liderlər görüş zamanı qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi, həmçinin terrorun bütün növlərinə qarşı mübarizədə əməkdaşlığın inkişafı yollarını müzakirə edəcəklər.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan aprelin 20-də jurnalistlərə verdiyi müsahibədə Çinə səfərinin ardından ABŞ-a gedərək mayın 16-17-də Trampla görüşəcəyini demişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.