DÜNYA


Ağ evin mətbuat katibi Şon Spayser istefa verib

Bakı, 21 iyul, AZƏRTAC

Şon Spayser Ağ evin mətbuat katibi postundan istefa verib. Bu barədə iyulun 21-də The New York Times qəzeti məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qəzetin məlumatına görə, Spayserin belə bir addım atmasına Prezident Donald Trampın maliyyəçi Entoni Skaramuççini Ağ ev aparatının kommunikasiya direktoru təyin etməsi səbəb olub.

ABŞ administrasiyasının bütün kütləvi informasiya-təbliğat siyasətini Ağ ev aparatının kommunikasiya direktoru kurasiya edir. Bu ilin mayınadək həmin postu əvvəllər Respublikaçılar Partiyasının nümayəndələrinə məsləhətlər və siyasi reklamlar sahəsində xidmətlər göstərən Crossroads Media kompaniyasına rəhbərlik etmiş Maykl Dubke tuturdu. Ona qədər isə həmin vəzifədə ABŞ Dövlət Departamentinin sabiq nümayəndəsi Cen Psaki işləmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.