MƏDƏNİYYƏT


“Ağ ölümdən gənclərimizi qoruyaq!” adlı layihə çərçivəsində konsert

A+ A

Bakı, 6 avqust, AZƏRTAC

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “Ağ ölümdən gənclərimizi qoruyaq!” adlı layihə çərçivəsində Dövlət Rəsm Qalereyasının təsviri sənət məkanında incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə layihə barədə geniş məlumat verilib. Bildirilib ki, narkomaniya dünyanın ən böyük və qorxunc bəlalarından biridir. İllərdir bu problemlə müxtəlif vasitə və metodlarla mübarizə aparılır. Məqsəd narkomaniyanın yayılmamasının qarşısını almaq, buna qarşı güclü maarifləndirici işlər aparmaqdır.

Diqqətə çatdırılıb ki, problemin aradan qaldırılması üçün ilkin baza formalaşdırılıb, bir sıra vacib tədbirlər həyata keçirilib. Belə ki, ötən müddət ərzində narkomaniya ilə mübarizəni gücləndirmək məqsədilə müxtəlif qanunlar tətbiq edilib, sağlamlıq mərkəzləri yaradılıb və bəzi zəruri addımlar atılıb. Lakin buna baxmayaraq, keçirilən tədbirlərin davamlı olmaması problemin olduqca ciddi olduğunu və aradan qaldırılması zəruriliyini aktuallaşdırır.

Layihə çərçivəsində təqdim olunan konsert proqramı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.