Ağ örpəkli Göygöl FOTOREPORTAJ
Göygöl, 19 noyabr, R.Hacıyev, AZƏRTAC
Füsunkar təbiət möcüzəsi olan Göygöl hər fəsildə gözəldir. Zirvələri buludlardan nəm çəkən Kəpəz dağı, sükunətə qərq olan çılpaq meşələr payızın öz yerini qışa verməyə hazırlaşdığının əlamətidir. Bu il Göygölə qar erkən yağıb. Ağ örpəyə bürünmüş göllər gözəli insanın ruhunu oxşayır, qəlblərə sakitlik gətirir.
AZƏRTAC Göygöldən yeni çəkilmiş fotoları təqdim edir.